1) Kompüterlə işləmək üçün Ofis proqramlarını bilmək vacibdir.

Bu proqramı bildikdə,siz - kompüterlə davranış,yazmaq,çapa vermək,papkalar yaratmaq,şəkillərlə işləmək,internetdən istifadə etmək və ümumi,heç bir köməklik olmadan kompüterlə işləməyi öyrənəcəksiniz.

2) Proqram (Azərbaycan və Rus bölmələri üzrə) qısa müddətdə,xüsusi metodika ilə öyrədilir.Yaş məhdudiyyəti yoxdur.Hər yaşda olan insanlar kompüterə çox rahat yiyələnə bilirlər.

3) Ofis proqramlarına 7 proqram daxildir

(Word,Excell,Windows,PowerPoint,Outlook,Publisher,Inernet)

4) Kursun müddəti 2 aydır.

5) Dərslər həftədə 3 dəfə ,bir saat ərzində(dərsin vaxtları sizin boş vaxtınıza uyğun təyin olunur) qrup və fərdi şəkildə keçirilir.

6) Qruplar 2-3 nəfərdən ibarətdir,aylıq qiyməti 40 azn

Fərdi - tək keçirilir,aylıq qiyməti 50 azn

7) KURSU BITİRDİKDƏ SERTİFİKAT VERİLİR.

8) “GENERAL TƏHSİL KOMPLEKSİ” saat 9:00 dan -21:00 dək işləyir

Ünvan: M. st İnşaatçılar , Şərifzadə küç., KFC-dən 100 m. sağa ,ÇAY EVİ "Dadlı Restoran"dan sonra,arka

Tel: (012-051) 433-23-56 ; (050-051) 510-95-35 ; (055) 201-35-45

 


GENERAL HAQQINDA

               Təhsil Kompleksi 2000-ci ildən fəaliyyət göstərir.

  Tədris Mərkəzimiz  vətənimizin hər sahəsində öz danılmaz töhvəsini vermişdir. Belə ki, bu illər ərzində məzunlarımız (həm azərbaycan, həm rus bölməsi üzrə) respublikada və eləcə də xaricdə fəaliyyət göstərən ən nüfuzlu ali məktəbləri bitirmiş və ya hal hazırda təhsillərini uğurla davam etdirirlər.

 Təsadüfi deyil ki, Moskva Dövlət Universitetinin Bakıda açılmış filialının ilk ilində riyaziyyat fakultəsi üçün ayrılmış 25 yerdən on dördünü çox yüksək bal toplamış bizim məzunlar tutdu.

  Təhsil mərkəzində Uşaq studiyası,İbtidai sinif hazirlığı və Məktəbəqədər təlim prosesi də çox uğurla aparılır. Öz həssaslıqları,səbri və mehrinbanlığı ilə seçilən müəllimlər burada balacalara yazıb- oxumağı öyrədir, onların məntiqi düşüncələrini inkişaf etdirir, ətraf mühit və təbiət haqqındaki biliklərini zənginləşdirirlər.
   

   Burada Xarici dil və Kompüter kursları şöbəsi  müvəffəqiyyətlə fəalliyyət göstərir. Zamanın tələbi Xarici dil və Kompyüter proqramları olduğundan,bu kursları bitirən dinləyicilərimizin əksərriyyəti arzuladıqları müvafiq iş yerlərini tapıb uğurla çalışırlar.

   Rəqs,Gitara,Şahmat və digər dərnəklərdə də hər yaşda olan insanlar iştirak edib arzularını gerçəkləşdirə bilirlər.

    Bir qədər də müəllimlərimiz haqqinda: Elə ilk gündən Tədris Mərkəzinə yalniz təcrübəli,sınanmış,işinin ustası olan pedaqoqlar cəlb olunub. Hazirda da təhsil mərkəzində müəllimlər yalnız imtahan yolu ilə qəbul olunurlar. Biz yaxşı başa düşürük ki, savadlı kadrları yalnız savadlı müəllimlər yetişdirə bilər və bu siyasəti davam etdirmək üçün əlimizdən gələni əsirgəmirik.

 

Написать письмо
Связаться с нами